Çin deflyasiya ilə üzləşib

   Çin deflyasiya ilə üzləşib
  09 Avqust 2023    Oxunub:1336
Çin xarici ticarətin pisləşməsindən sonra deflyasiya elan edib.
Qeyd olunub ki, ərzaq məhsulları 1,7% ucuzlaşıb, xidmətlər isə 1,2% bahalaşıb. Çin sonuncu dəfə 2008-2009-cu illərdə qlobal böhran zamanı deflyasiya ilə üzləşib. Ölkədə illik ifadədə ixrac 14,5%, idxal isə 12,4% azalıb.

Vurğulanıb ki, Çinin turizm sənayesi də, COVID-ə qarşı təxminən üç illik “sıfır tolerantlıq” siyasətindən sonra 2023-cü ilin əvvəlində sərhədlərin açılmasına baxmayaraq, dərin böhran içindədir. Ölkəyə xarici turist axını hələ də bərpa olunmaqdan çox uzaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti