Ukrayna universitetlərini bitirən azərbaycanlıların sayı

   Ukrayna universitetlərini bitirən azərbaycanlıların sayı
  09 Avqust 2023    Oxunub:1220
Ukraynada bu il ali məktəbləri bitirən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
AzVision.az xəbər verir ki, ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

2023-cü ildə ümumilikdə Ukrayna ali məktəblərində 723 Azərbaycan vətəndaşı təhsillərini başa vurub.

Onlardan 706 nəfəri diplomlarını alıblar. 17 nəfəri isə diplom almaq üçün hələ yekun imtahanları verə bilməyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti