Ukrayna iyulda limanlarla taxıl ixracını azaldıb

   Ukrayna iyulda limanlarla  taxıl ixracını azaldıb
  09 Avqust 2023    Oxunub:985
Rusiyanın taxıl sazişindən çıxması fonunda Ukraynadan taxıl ixracı 1,4 dəfə, gəlirlər isə demək olar ki, iki dəfə azalıb.
Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə iyulda 2,3 milyon ton qarğıdalı, buğda və arpa ixrac edib ki, bu da iyun ayı ilə müqayisədə 38% azdır. Dünya bazarına qarğıdalı tədarükü iki dəfə, buğda ixracı isə üçdə dəfə azalıb.

Əsas azalma taxılın limanlar vasitəsilə ixracında olub. İyulda limanlar vasitəsilə 1,67 milyon ton, yəni cəmi 46,5 faiz taxıl göndərilib. Dəmir yolu, yük maşınları və bərə nəqliyyatı ilə çatdırılma 6% artıb.

Ukraynanın taxıl ixracından əldə etdiyi gəlir 380,4 milyon dollara düşüb, iyunda bu rəqəm 712 milyon dollar idi.

Qeyd edək ki, 17 iyul 2023-cü ildə taxıl sazişinin müddəti başa çatıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, rəsmi Moskva kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldığı halda, taxıl müqaviləsinə qayıdacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti