"iPhone 15" in təqdimatının tarixi məlum olub

    "iPhone 15" in təqdimatının tarixi məlum olub
  09 Avqust 2023    Oxunub:1208
"iPhone 15" smartfonunun və "Apple" şirkətinin digər yeni məhsullarının təqdimatı 12 sentyabrda keçiriləcək.
Bu barədə "Bloomberg"in jurnalisti Mark Qurman X (keçmiş Twitter - Qeyd) səhifəsində yazıb. Bir neçə gün əvvəl, həftəlik "Power On" bülletenində Qurman tədbirin 12 və ya 13 sentyabrda baş tutacağını bildirmişdi. İndi jurnalist daha dəqiq tarixi göstərib.

"Hər şey "iPhone 15"in təqdimat tarixinin 12 sentyabrda baş tutacağına işarə edir, lakin açıq-aydın hər şey hələ də dəyişə bilər".

"iPhone"ların təqdimatları adətən sentyabrın ilk iki həftəsində və daha çox çərşənbə axşamı keçirilir. Əgər "iPhone 15" sentyabrın 12-də təqdim edilsə və Apple əvvəlki planlarına sadiq qalacaqsa, o zaman şirkət 15 sentyabr, cümə günü yeni məhsullar üçün ilkin sifarişləri qəbul etməyə başlayacaq və cihazların satışı sentyabrın 22-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti