XTQ səhvən adi vətəndaşın evində əməliyyat keçirdi

XTQ səhvən adi vətəndaşın evində əməliyyat keçirdi
  09 Avqust 2023    Oxunub:926
Almaniyada maraqlı hadisə yaşanıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabitləri adi vətəndaşlardan birinin evini cinayətdə şübhəli bilinən şəxslərin mənzili ilə səhv salıblar.
AzVision.az xəbər verir ki, bu barədə WDR məlumat yayıb. Qeyd edilir ki, evdə keçirilən yalnış əməliyyatdan sonra mənzil yaşayış üçün yararsız hala gəlib.

Məlumata görə, hadisə Bielefelddə baş verib.

"Xüsusi təyinatlı polis dəstəsi mənzillərdən birinin qapısını sındıraraq açıb. Onlar 35 yaşlı vətəndaşı yerə yıxaraq ona müəyyən xəsarətlər də yetiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları bayker bandası olan "Hells Angels"in şübhəli üzvlərini saxlamağı planlaşdırırlarmış. Amma əməliyyat zamanı məlum olub ki, binada yaşayan həmin şəxs onların axtardığı adam deyil", - nəşr yazıb.

Hadisədən sonra xəsarətlər alan alman xəstəxanaya yerləşdirilib. Onunla bir yaşayan qadın isə şokda olub. Gadisədən sonra cütlük mənzildə yaşamağın qeyri- mümkün olduğunu görüblər və onlar oteldən nömrə sifariş veriblər.
Jurnalistlər qeyd edirlər ki, belə hallar bir neçə dəfə yaşanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti