Ərdoğan: "Taxıl müqaviləsinin bərpası Qərbdən asılıdır"

      Ərdoğan:    "Taxıl müqaviləsinin bərpası Qərbdən asılıdır"
  09 Avqust 2023    Oxunub:865
"Rusiyanın taxıl sazişinə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Şübhəsiz ki, bu qarşıdurmanın gələcək fəsadlar olmadan həlli Qərb ölkələrinin öz vədlərini yerinə yetirməsindən asılıdır. Təəssüf ki, son vaxtlar “müqavilələrə hörmət edilməlidir” prinsipinə əməl olunmur”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri tərəfindən Qara dəniz təşəbbüsü nəticəsində yaranmış müsbət atmosferi əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün diplomatik addımlar atılmayıb.

Türkiyə prezidenti əlavə edib ki, Ankara bu məsələlərdən hər hansı birində kömək etməyə hazır olduğunu açıq şəkildə bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti