Məsələn, hərbi ekspert Vasili Dandıkin "İzvestiya"ya açıqlamasında deyib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün yaratdığı 3 korpusdan artıq ikincisini də istifadə etməyə başlayıb. Onların 30 minə yaxın ehtiyatda olan əsgəri qalıb: "Prinsipcə, bu o qədər də çox deyil".
CNN: "Kiyevin əks-hücumları Qərbin gözləntilərini doğrultmur" |
O, həmçinin vurğulayıb ki, hazırda Ukrayna Silahlı Qüvvələri Kleşçeyevkada irəliləyir və Rusiya hərbçiləri yüksəkliklərdə möhkəmləniblər. Buna görə də onlar şəhər ətrafında cinahları etibarlı şəkildə saxlaya bilirlər.
Tural Tağıyev
AzVision.az