Rusiya Ermənistanda radiasiya, kimyəvi və bioloji bölmələrin təlimini keçirib

Rusiya Ermənistanda    radiasiya, kimyəvi və bioloji bölmələrin    təlimini keçirib
  09 Avqust 2023    Oxunub:1204
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri təlim keçiriblər.
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hərbçilər təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki təlim meydançasında kəşfiyyat və vəziyyətin monitorinqinin aparılması tapşırıqlarını yerinə yetiriblər.

Bildirilir ki, verilən tapşırıqlar zamanı mütəxəssislər tərəfindən təhlükəli, potensial zəhərli maddələrin müəyyən edilməsi məqsədilə xüsusi texnika vasitəsilə əraziyə baxış keçirilib, torpaq nümunələri götürülüb və analizlər aparılıb.

Radiasiya, kimyəvi və bioloji müdafiənin hərbçiləri növbəti təlimdə Cənub Hərbi Dairəsinin hərbi bazasının bölmələrinin saxta düşmənin vizual müşahidəsindən qorunması üçün maskalanma tapşırıqlarını yerinə yetirəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim   Rusiya  





Xəbər lenti