Britaniya Gülnarə Kərimovanın 25 milyonluq əmlakını müsadirə etdi

 Britaniya Gülnarə Kərimovanın  25 milyonluq əmlakını müsadirə etdi
  09 Avqust 2023    Oxunub:856
Böyük Britaniya hökməti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 20 milyon funt-sterlinqdən (25 milyon dollar) çox olan əmlakını müsadirə edib.
Hökumətin geniş miqyaslı fırıldaqçılıqla mübarizə bürosu bildirib ki, London məhkəməsi əmlakın cinayət yolu ilə əldə edilən gəlirlə satın alındığına qərar verib.

Söhbət Londonun dəbli Belqraviya rayonunda yerləşən iki mənzildən və Surreydəki malikanədən gedir. Məhkəmə 2018-ci ildən onların müsadirə edilməsi ilə bağlı müraciətə baxır. Britaniya hökməti Kərimovanın Özbəkistan bazarına girməsinə kömək etmək üçün telekommunikasiya şirkətlərindən yüz milyonlarla dollar rüşvət aldığını bildirir.

Gülnarə Kərimovanın İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. “Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Özbəkistan hökuməti onların bəzilərini qaytarmağa çalışır.

Kərimova Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızıdır. O, ölkənin müstəqilliyindən 2016-cı ildə vəfatına qədər xidmət edib. 2015-ci ildə atası hələ sağ ikən Kərimova korrupsiya ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə başqa bir işdə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə məhkəmə üçüncü iş üzrə onu 13 il müddətinə azadlıqdan məhrum edib. Həbs olunmazdan əvvəl Özbəkistanın ən qüdrətli adamlarından biri hesab edilən Kərimovanın atasının varisi olmaq ambisiyaları olduğu bildirilirdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti