SEPAH mediaya təhdid mesajı ünvanlayıb

  SEPAH  mediaya təhdid mesajı ünvanlayıb
  09 Avqust 2023    Oxunub:1112
İranda jurnalist gününün qeyd olunması ərəfəsində SEPAH-ın sözçüsü dolayısı ilə ölkənin bəzi media qurumlarını “düşmənə" xidmətdə günahlandırırb.
AzVision.az xəbər verir ki, SEPAH sözçüsü Ramzan Şərif İranda “Jurnalistlər günü”nün qeyd olunması mərasimində medianı düşmnələrin dəyirmanına su tökməkdən çəkinməyə çağırıb.

“Bizim xəbər işimiz ümidsizlik hissi yaratmaqda düşmənlərin tapmacasını tamamlayan tərzdə olmamalıdır. Düşmən medianın ümidsizliyinə qarşı ümid yaratmaq medianın mühüm missiyalarından biridir. Düşmən düşərgəsinin ağır media təzyiqləri İnqilabın irəliləyən vəziyyətini təhrif olunmuş, böhranla dolu və dağılmaq ərəfəsində göstərməyə çalışır”, - Şərif deyib.

Beynəlxalq və yerli QHT-lərin fikrincə, İran dünyada mediaya qarşı ən böyük repressiya siyasəti aparan ölkələrdən biridir. Ötən onilliklərdə İran dəfələrlə bəzi müxbir və jurnalistləri “düşmən”lə əlaqəli olmaq və “rejim əleyhinə təbliğat” aparmaq ittihamı ilə həbs edib. Həmçinin, xaricdəki farsdilli mediaya nəzarət edə bilməyən İranın dövlət rəsmiləri onları “düşmən media” adlandırırlar.

AzVision.az



Teqlər: İran   media  





Xəbər lenti