Müəllif yazır ki, Rusiya prezidentinin Kiyevə qarşı başlatdığı müharibədə istifadə etmək üçün Sibir zibilxanasından 1570-ə yaxın paslanan hərbi maşın ( Əsasən tanklar-red. )çıxarılaraq yenidən bərpa edilib.
Ukraynaya göndərilməsi müzakirə edilən "Leopard 2" tankları: Üstünlükləri nədir? |
Buryatiya Respublikasında olan bu nəhəng hərbi texnika zibilxanası beş kvadrat mil sahəyə malikdir. O, Rusiyanın ən böyük hərbi maşın meydançası sayılır.
Məqalədə o da qeyd edilib ki, "Sovet dövründən qalma maşınlardan istifadə Putinin çarəsizliyindən, eləcə də müharibədən öncə mövcud resursların hərbi ehtiyacları ödəyəcəyinin səhv hesablamasından xəbər verir".
Bundan başqa nəşr oxuculara maraqlı videokadrlar da təqdim edib. Görüntülərdə Vaqjanovadakı kimi anbarlarda qalıb çürümüş və köhnəlmiş tankların hərbi qatarla döyüş bölgəsinə necə daşındığı əks olunub.
Tural Tağıyev
AzVision.az