"İrəvan və Bakı arasında mürəkkəb mövzular üzrə həll yolları axtarılır" - Rusiya XİN
Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, sülh sazişi sənədinin hazırlanmasında Bakı və İrəvana enerjili yardım göstərir. Üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm görüşür və bu yaxınlarda belə bir görüş olub", - Zaitsev bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə siqnalların gəlməsi o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar.
İyulun 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri arasında Moskvada üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Rusiya XİN rəhbəri Sergey Lavrov bu il Rusiya, Ermənistan və Azərbaycan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.
Şahanə Rəhimli
AzVision.az