İranın fiziki və hüquqi şəxsləri Londonun sanksiyalar paketinə salınıb
Bu ilin fevral ayında ABŞ-nin sanksiyalarına məruz qalan İranın “Paravar Pars” PUA şirkəti və onun yeddi əməkdaşı indi Böyük Britaniya hökumətinin də qara siyahısına salınıb.
Bəyanatda Ukraynanın bombalanmasında Rusiyanın PUA-larla təchiz olunmasında İranın məsuliyyət daşıdığı göstərilib. Həmçinin dronların tədqiqi, inkişafı və istehsalı sahəsində SEPAH-la əməkdaşlıq edən şəxslərə və qurumlara sanksiya tətbiq olunması da vurğulanır.
Britaniya hökumətinin yeni sanksiyalarına İran, Türkiyə, Belarus, Slovakiya, İsveçrə və BƏƏ, eləcə də Rusiyadakı 25 fiziki və hüquqi şəxs daxildir. Bu sanksiyalar adı çəkilən şəxslərin və qurumların aktivlərinin dondurulmasını nəzərdə tutur.
Sanksiyalar paketini “tarixi” sənəd adlandıran Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli, bunu “Rusiyanın arsenalını zəiflətmək” və “Moskva ordusunun təchizat şəbəkəsini bloklamaq” məqsədi daşıyan hərəkət adlandırıb.
AzVision.az