Rusiyada hərbi zavodun ərazisində güclü partlayış - VİDEO
Partlayışla bağlı məlumatı təcili yardım xidmətləri təsdiqləyib. Partlayışın nədən baş verdiyi məlum deyil. RİA Novosti yazır ki, partlayış texnoloji prosesin pozulmasına görə olub. Moskva vilayətinin prokurorluğu partlayışın pirotexnika anbarında baş verdiyini təsdiqləyib.
Zaqorsk Optik-Mexanika Zavodu, digər şeylərlə yanaşı, hərbi məhsullar, xüsusən də tanklar üçün gecə nişanları istehsal edir. Zavodun ərazisində Piro-Ross şirkətinin anbarı fəaliyyət göstərir, o, başqa şeylərlə yanaşı, pirotexniki məhsullar da istehsal edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Partlayış