Moskva Qərbin İrana təzyiq siyasətindən narazıdır
“Moskva və Tehran bir-biri ilə həmfikirdir ki, JCPOA nüvə sazişinin yerinə yetirilməməsi ABŞ və onun kimi düşünən tərəflərin yürütdüyü yanlış maksimum təzyiq siyasətinin davam etməsi ilə bağlıdır. 2015-ci ildə İran və daha 5 ölkə arasında bağlanan və Təhlükəsizlik Şurasında 2231 saylı qətnamə ilə təsdiqlənən JCPOA nüvə sazişi başqa məntiqi alternativi olmayan mühüm razılaşmadır”, - bəyanatda deyilir.
Bu arada Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tehrana səfəri çərçivəsində iranlı həmkarları Əli Baqiri Keni və Rza Nəcəfi ilə JCPOA və digər təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparıb.
AzVision.az