Əsəd Ərdoğanla görüşdən imtina etdi

   Əsəd Ərdoğanla görüşdən imtina etdi
  09 Avqust 2023    Oxunub:1039
Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla onun şərtləri əsasında görüşmək istəmədiiyni bildirib. O, bu barədə Sky News Arabia telekanalına müsahibəsində danışıb.
"Görüş Ərdoğanın şərtləri ilə baş tuta bilməz", - o deyib.

İyulun 9-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib ki, Suriya və Türkiyə prezidentləri Vladimir Putinin iştirakı ilə Suriya-Türkiyə münasibətlərinin nizamlanması üçün yol xəritəsi istiqamətdə işlər başa çatdıqdan sonra görüşə bilərlər.

Bundan əvvəl Rusiya, İran, Suriya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Dəməşq və Ankara münasibətləri məsələsi ilə bağlı növbəti görüş keçirəcəyi bildirilirdi.

İyunun 20-də Astanada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, görüş iştirakçıları Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə etməyə başlayıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əsəd   Ərdoğan  





Xəbər lenti