Paris də "humanitar yük" adıyla İrəvanın təxribatına qoşuldu

 Paris də "humanitar yük" adıyla   İrəvanın təxribatına qoşuldu
  09 Avqust 2023    Oxunub:877
Bir neçə gündür Ermənistanın Azərbaycanla sərhəddə təxribat məqsədilə saxladığı yük maşınlarının sayı artıb.
İrəvanın "yardım" təxribatına bu dəfə Paris qoşulub. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Qarabağla bağlı yaradılmış qondarma "işçi qrupu"nun nümayəndəsi Vardan Sarkisyan məlumat verib. O qeyd edib ki, Laçın dəhlizi yaxınlığnda ilişib qalmış yük maşınlarına daha bir avtomobil qoşulub. Bu dəfə sərhəd zolağına 20 ton "humanitar yardım" yüklənmiş avtomobili fransızlar göndəriblər. İddia olunur ki, onun içində makaron və digər ərzaq məhsulları var.

“Spayka”: Paşinyanın çirkli oyuncağı – Ədalət Verdiyevin şərhi
Qeyd edilir ki, "yardım" Fransanın müxtəlif şəhər və əyalətlərinin təşəbbüsü ilə Qarabağ ermənilərinə həmrəylik və dəstək əlaməti olaraq göndərilib.

Sarkisyan "Kornidzor sərhəd zolağında yerləşən yüklərin Qarabağdakı ermənilərə çatdırılmasına təminat varmı?" sualına isə belə cavab verib: “Biz məqsədimizə çatmaq üçün addımlarımızı və müzakirələrimizi davam etdiririk. Təəssüf ki, hazırda bu məsələ ilə bağlı heç bir xəbər və ya cavab yoxdur”.

Xatırladaq ki, ermənilərin "humanitar yük" təxribatları iyulun 26-dan başlayıb. İrəvan maşınların Xankəndinə keçməsi üçün Rusiya sülhməramlıları və Azərbaycanın müsbət cavabını gözlədiyini desə də, tez-tez əraziyə səfirlərin, əcnəbi jurnalistlər və ermənipərəst Senat işçilərini gətirərək siyasi şou göstərir.

Azərbaycan yüklərin Xankəndinə Ağdamdan keçməsini təklif edib. Separatçılar isə bunu qəbul etməyiblər. İrəvanın göndərdiyi yüklərin əsasən duz makaron və digər ərzaq məhsulları olduğu söylənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Qarabağ   Yük  





Xəbər lenti