“Yango” azərbaycanlıların məlumatlarını Rusiyaya ötürəcək?

   “Yango” azərbaycanlıların məlumatlarını Rusiyaya ötürəcək?
  09 Avqust 2023    Oxunub:877
Rusiyanın Federal Təhlükəsizlik Bürosu sentyabrın 1-dən Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən “Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.
Rusiyanın Baş naziri Mixail Mişustin bununla bağlı qərar da imzalayıb. Qərarın daha çox siyasi repressiyalardan qaçan, səfərbərlikdən yayınan şəxslərə təsir edəcəyi deyilir.

“Yandex” şirkətinin mətbuat xidmətindən isə bildirilib ki, xarici ölkələrdəki müştərilərin məlumatları FTB-yə təqdim edilməyəcək. Belə ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanlarına verilə bilər. Odur ki, sentyabrın 1-dən də bu qayda dəyişməyəcək.

Buna baxmayaraq bir sıra ölkələr “Yango” taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub.

AzVision.az


Teqlər:





Xəbər lenti