Cənubi Koreyada 27 nəfər istilərin qurbanı olub

Cənubi Koreyada 27 nəfər istilərin qurbanı olub
  09 Avqust 2023    Oxunub:1003
Cənubi Koreyada istilər nəticəsində ölənlərin sayı 27-yə yüksəlib. Beləlikdə ölkədə müşahidə edilən həddindən artıq istidən ölənlərin sayı 2018-ci ildən bəri ən yüksək rəqəmə çatıb.
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, ölkə ərazisində mövsümi normaları aşan temperatur həyata mənfi təsir göstərməkdə davam edir.

Həddindən artıq istilərin yaratdığı xəstəliklər səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayının 2 min 58-ə yüksəldiyini qeyd edən səlahiyyətlilər müraciət edənlərin 30,9 faizinin 65 yaş və üstü olduğunu açıqlayıb.

Sentyabr ayına qədər istilərlə bağlı ölüm hallarının artacağı gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti