İran neft hasilatını 16% artıracaq
"Yaxın iki həftə ərzində İranda dəniz və quru yataqlarında neft hasilatının həcmi ümumilikdə 150 min barel artacaq. Sentyabrın sonunadək hazırkı hasilata həcminə daha 100 min barel əlavə olunacaq. Sentyabrda İranda neft hasilatı sutkada 3,5 milyon barrelə çatacaq”, - deyə Cavadi bildirib.
Xatırladaq ki, mayın əvvəlində neft naziri Cavad Ouci bildirmişdi ki, İranda neft hasilatının həcmi sutkada 3 milyon bareli keçib. İyulun əvvəlində isə nazir qeyd edib ki, İran hakimiyyəti neft və qaz hasilatını artırmaq niyyətindədir.
Bəzi mütəxəssislər hasilatın artırılmasını ölkədə günbəgün ağırlaşan iqtisadi vəziyyətlə əlaqələndirirlər.
Tural Tağıyev
AzVision.az