Moskva vilayətindəki partlayışda 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb

   Moskva vilayətindəki partlayışda 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb
  09 Avqust 2023    Oxunub:1039
Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 56 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında məlumat verib.

"İzvestiya" nəşri isə mənbəyə istinadən xəbər verib ki, hadisə nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.
AzVision.az




Teqlər:





Xəbər lenti