Artur Rasizadə TQDK-nın bölməsini ləğv edib

Artur Rasizadə TQDK-nın bölməsini ləğv edib
  05 İyun 2014    Oxunub:1057
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba şəhərindəki regional bölməsi ləğv edilib.
Nazirlər Kabinetindən AzVision.az-a daxil olan məlumata görə, bunun səbəbi “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında” qərarında dəyişikliklə bağlıdır.

Dəyişikliyə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba şəhərindəki regional bölməsi ləğv edilib, Xaçmaz şəhərində regional bölməsi yaradılıb.

Xaçmaz regional bölməsində ştat vahidlərinin sayı 3 vahid müəyyən edilib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti