Fransada əlillər mərkəzindəki yanğında ölənlərin sayı 11-ə çatıb
“Yanğından sonra mərkəzin binasından 17 nəfər təxliyə edilib. Daha 11 nəfər isə itkin düşmüş hesab olunurdu. Artıq onların hamısı ölü halda tapılıb”, - radiostansiya prokurorluğa istinadən bildirib.
Xatırladaq ki, yanğın barədə xəbərdarlıq avqustun 9-da səhər yerli vaxtla səhər saat 06:30 radələrində yanğınsöndürmə idarəsinə daxil olub. Yanğının baş verdiyi ev “La Forge” müalicəvi terapevtik institutunun yanında yerləşir. Eyniadlı assosiasiya binanı əlillərə kömək etmək üçün icarəyə götürüb. Prefekturadan verilən məlumata görə, yanğının söndürülməsinə 80-ə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub.
Hadisə yerinə Fransanın Baş naziri Elizabet Born da gəlib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Teqlər: