Putin Rusiyada yeni fəxri ad təsis etdi

 Putin Rusiyada yeni fəxri ad təsis etdi
  09 Avqust 2023    Oxunub:879
Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Müdafiə Sənayesi Kompleksinin (OPK) əməkdar işçisi” yeni fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərman Rusiya prezidentinin rəsmi saytında dərc olunub.

“Rusiya Federasiyasının müdafiə sənayesinin əməkdar işçisi” fəxri adı təsis edilsin”, - deyə sərəncamın mətnində bildirilib.

Sənəddə qeyd edilib ki, bu qərar dövlət mükafatı sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti