BƏƏ Zelenski ilə Putinin görüşünü təşkil etmək istəyir

BƏƏ Zelenski ilə Putinin görüşünü təşkil etmək istəyir
  09 Avqust 2023    Oxunub:947
BƏƏ prezidenti Məhəmməd bin Zeyd əl-Nəhayyan Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə fransızdilli “L’Orient-Le Jour” nəşri məlumat yayıb. Təkliflə bağlı ABŞ prezidenti və Roma Papası məlumatlandırılıb. Hər 2 liderə təklifə müsbət yanaşıb.


Razılıq olarsa görüş noyabrda Dubayda keçiriləcək ekoloji forumda reallaşa bilər. Hələlik nə Zelenski, nə də Putin sözügedən tədbirdə iştirakını təsdiq etməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti