Kanada Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib

   Kanada Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
  09 Avqust 2023    Oxunub:1026
Kanada hakimiyyəti Belarusa qarşı sanksiyalar siyahısına 9 fiziki və 7 hüquqi şəxsi əlavə edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənədə əsasən, məhdudiyyətlər Belarusda insan hüquqlarının pozulmasının davamı ilə əlaqədar, eləcə də Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməsi ilə əlaqədar tətbiq edilir.

Sanksiya siyahısına Belarus Milli Dövlət Teleradio Şirkətinin sədri İvan Eysmont, Daxili İşlər Nazirliyinin profilaktika idarəsinin rəisi Oleq Karazey və daha 7 nəfər - Alena Litvina, Aleksey Talay, Aleksandr Krivets, Vladimir Karanik, Anna Puşkareva, Sergey və Olqa Şeyman daxildir.

Bundan əlavə, Belarus Müdafiə Nazirliyi, Belarus Daxili Qoşunları, "BelOMO" holdinqi, Elektron silahların təmiri zavodu, "ATE-Engineering" və "Aleksey Talay" Xeyriyyə Fondu məhdudiyyətlər siyahısındadır.

AzVision.az



Teqlər:





Xəbər lenti