ÜST-dən yeni COVID-19 variantı xəbərdarlığı

   ÜST-dən yeni COVID-19 variantı xəbərdarlığı
  10 Avqust 2023    Oxunub:1053
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib ki, COVID-19-un daha təhlükəli variantının ortaya çıxması riski hələ də davam edir.
O, ÜST-ün həftəlik mətbuat konfransında verdiyi açıqlamada, 3 ay əvvəl COVID-19-un beynəlxalq əhəmiyyətli ictimai sağlamlığı təhdid edəcək halının sona çatdığını, lakin qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini xatırladıb.

Həmin tarixdən bu yana qlobal miqyasda bildirilən COVID-19-a yoluxma və ölüm hallarının azalmasının davam etdiyini qeyd edən Qebreyesus ÜST-ə məlumat verən ölkələrin sayında azalma olduğunu bildirib.

"Bu, digər ölkələrdə ölüm və ya xəstəxanaya yerləşdirmə hallarının olmadığı demək deyil, sadəcə olaraq onların ÜST-ə məlumat vermədikləri deməkdir. Peyvənd, infeksiya və ya hər ikisinə qarşı imunitetin artması, daha yaxşı kliniki qayğı və erkən aşkarlanma sayəsində xəstəlik və ölüm riski bir il əvvələ nisbətən xeyli aşağıdır. Bu irəliləyişlərə baxmayaraq, ÜST COVID-19-un qlobal ictimai sağlamlığı üçün riski yüksək qiymətləndirməyə davam edir".

Virusun bütün ölkələrdə yayılmağa, öldürməyə və dəyişməyə davam etdiyini vurğulayan Qebreyesus, "ÜST bu gün risk qiymətləndirməsini dərc etdiyi EG.5 variantı (Eris) daxil olmaqla müxtəlif dəyişənləri izləyir. Xəstəliklərin və ölümlərin sayının artmasına səbəb ola biləcək daha təhlükəli COVID-19 variantının ortaya çıxma riski qalmaqdadır".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti