Ramil Həsənova yeni vəzifə verildi

Ramil Həsənova yeni vəzifə verildi
  05 İyun 2014    Oxunub:2562
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPa) sabiq baş katibi Ramil Həsənova yeni vəzifə verilib.
AzVision.az-ın məlumatına görə, R.Həsənov sentyabr ayından etibarən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsini yerinə yetirəcək.

Bu barədə bu gün Türkiyənin Bodrum şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısında qərar verilib.

Bildirək ki, hazırda bu vəzifəni türkiyəki Halil Akıncı yerinə yetirir.

Qeyd edək ki, Ramil Həsənov TürkPA-nın baş katibi və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri olub.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti