"Putin və Zelenskini eyni masa arxasında heç vaxt görməyəcəyik" - Kuleba

   "Putin və Zelenskini eyni masa arxasında heç vaxt görməyəcəyik" -    Kuleba
  10 Avqust 2023    Oxunub:965
Kiyev yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında Moskva ilə danışıqlara hazırdır, lakin Putinlə deyil”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Diplomatın fikrincə, məqsədə müharibə və diplomatiyanın kombinasiyası ilə" nail olmaq olar - ukraynalı generallar Rusiya qüvvələrini geri çəkilməyə sövq etməlidir, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqun qayğısına qalır.

Ukraynanın əks hücumu uğursuz olarsa, 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqlara dair suala cavab olaraq, Kuleba dolayı yolla öhdəliyin başqa diplomatik yollarının da olduğunu deyib.

"Ancaq bizə aydındır ki, biz heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik", - Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti