Polşa Belarusla sərhəddə 10 min hərbçi yerləşdirəcək

“Sərhəddə 10 minə yaxın əsgər olacaq – 4 min nəfər birbaşa sərhədçiyə dəstək verəcək, 6 min nəfər isə bölgədə olacaq”.
Blaşçakın sözlərinə görə, Polşa ordusu fəal şəkildə inkişaf edir və müasir texnika ilə silahlanır. "İki il ərzində biz Avropanın ən güclü ordusuna sahib olacağıq" deyən o, Polşa silahlı qüvvələrinin gücünün artıq 170 min əsgər olduğunu vurğulayıb.
Qeyd edək ki, Polşa Belarus ərazisində Vaqner PMC-nin peyda olması, eləcə də iki Belarus hərbi helikopterinin Polşa hava sərhədinin pozulması ilə bağlı insidentdən sonra sərhədidə hərbi mövcudluğu daha da gücləndirmək qərarına gəlib.
AzVision.az
Teqlər: