"Fahişəliklə məşğuldurlar" - Ledi Qaqanın atası "od püskürdü"

   "Fahişəliklə məşğuldurlar" -     Ledi Qaqanın atası "od püskürdü"
  10 Avqust 2023    Oxunub:1072
Müğənni və aktrisa Ledi Qaqanın atası Co Cermanotta Nyu-Yorkun yaşadığı elit rayonuna miqrantların sıx axınını sərt şəkildə qınayıb. Bu barədə Cermanotta “New York Post”a danışıb.
66 yaşlı kişi rayon sakinlərinin şikayətlərini qeydə alır və gələcəkdə onları şəhər rəhbərliyinə və polisə ötürməyi planlaşdırır. Cermanotta evinin yaxınlığında 500 miqrantın yerləşdiyi sığınacağın açılmasına görə şəhər rəsmilərinə etiraz edib.

O, təəssüflə bildirib ki, şəhərə miqrantlar gələndən sonra küçələrdə gecə həyatı başlayıb və fahişəlik problemi yaranıb.

"Belə bir halla qızlarımın yeniyetməlik yaşlarında rastlaşsaydım, mən onları da götürüb Nyu - Yorku tərk edərdim",- Germanotta əlavə edib.

Ulduzun atası səlahiyyətliləri küçələrdə nizam-intizam yartamağa çağırıb. O, miqrantları rayonunu ələ keçirmiş qonaqlar adlandırıb.

"Bu gecə ümumiyyətlə dəhçətli idi. Təxminən axşam saat onda musiqi çalınmağa başladı və səhər dördə qədər davam etdi. Bütün gecəni küçədə velosiped sürdülər".

Cermanotta deyir ki, o, miqrantları pis insanlar hesab etmir. Lakin onların anti-sosial davranışları problemə çevrilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: LediQaqa   Ulduz   Ata   Cermanotta   Miqrant  





Xəbər lenti