III Çarlzın şərəfinə təzə sikkə: Kralın təbiətə sevgisi göstəriləcək
Bu, III Çarlzın təsviri ilə buraxılmış sikkələrin ikinci seriyasıdır. Dekabr ayında da İngiltərə Bankı kralın təsviri olan sikkə dizaynını təqdim etmişdi.
III Çarlzın portretini 2 və 5 funt sterlinqlik sikkələrdə, həmçinin 50 penslik sikkələrdə görmək olardı.
5 funt sterlinqlik sikkənin dizaynı monarxın qarşıdan gələn ildönümünə həsr olunub. 2023-cü il noyabrın 14-də onun 75 yaşı tamam olacaq.
Sikkədə III Çarlzın portretindən əlavə, kralın təbiətə sevgisini simvolizə edən palıd yarpaqları və delfinium çiçəkləri təsvir edilib.
Qeyd edək ki, dövriyyədə hələ də mərhum II Yelizavetanın təsviri olan sikkələr var. Onların sayı təxminən 27 milyarda yaxındır.
Şahanə Rəhimli
AzVision.az