Fransanın qərbində taxıl anbarı yanır - VİDEO

   Fransanın qərbində taxıl anbarı yanır -    VİDEO
  10 Avqust 2023    Oxunub:1107
Fransanın La Roşel ticarət limanı yaxınlığındakı taxıl anbarında yanğın baş verib. Bu barədə “La Rochelle info” məlumat yayıb.
Şahidlərin hadisə yerindən yaydığı videolardan görünür ki, yanğının miqyası genişdir.

Yanğınsöndürmə işləri səhər saat 8-dən davam edir. Hadisə yerinə 6 təcili tibbi yardım maşını göndərilib. Taxıl anbarının ərazisində 70 xilasedici çalışsa da, sonradan əlavə qüvvələr göndərməyi xahiş ediblər. Bölgəyə milli polis səfərbər edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir. Xilasedicilər yanğın hələ də söndürülmədiyi üçün əraziyə getməməyi tövsiyə edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Fransa   Yanğın  





Xəbər lenti