"Taxıl sazişinin bərpası məsələsi ilə bağlı təmaslar davam edir"
“Rusiya Federasiyası tərəfindən həyata keçirilməsi dayandırılan Qara dəniz taxıl təşəbbüsünün davam etdirilməsi istiqamətində təmaslarımız BMT, Rusiya və Ukrayna Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq davam edir”, - deyə telekanalın mənbəsi bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi qlobal ərzaq təhlükəsizliyini təmin edən taxıl sazişinin davam etdiriləcəyinə ümid edir.
Qeyd edək ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasına kömək edə biləcəyini bildirmişdi. Eyni zamanda o, Ukraynanın Qara dənizdən keçməyən buğda ixracı üçün alternativ marşrutlar hazırladığını vurğulayıb.
AzVision.az
Teqlər: