Blaşçak: "Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcəyik"
Onun sözlərinə görə, 4000 nəfər birbaşa sərhədçilərə dəstək olacaq, 6000 isə sadəcə bölgədə yerləşdiriləcək. O, Polşa ordusunun fəal şəkildə inkişaf etdiyini və müasir texnika ilə silahlandığını da söyləyib.
"İki il ərzində biz Avropanın ən güclü ordusuna sahib olacağıq" deyən nazir, Polşa silahlı qüvvələrinin sayının artıq 170 mini keçdiyini vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Polşa