İranda bina partladı, 6 nəfər ölüb
İranın cənub-qərbində, Xuzistan əyalətinin Baqe-Malek bölgəsində yaşayış binası partlayıb. Qaz sızması nəticəsində olan partlayış nəticəsində 6 nəfər ölüb. Bu barədə əyalətin təcili yardım xidmətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Aref Asle-Şarxani məlumat verib.
"Bu gün səhər saat 6:30-da Baqe-Malek bölgəsindəki Lələb kəndində qaz partlayışı baş verib. Təəssüf ki, bu hadisədə beş kişi və bir qadın ölüb", - Asle-Şarxani dedi.
Tural Tağıyev
AzVision.az
Teqlər: