Mixail Saakaşvilinin səhhəti pisləşib

   Mixail Saakaşvilinin səhhəti pisləşib
  10 Avqust 2023    Oxunub:1319
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhəti pisləşməkdə davam edir. Bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.
Qeyd olunur ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis Saakaşvilinin yerləşdiyi “Vivamed” klinikasının təqdim etdiyi sənədlərə baxıb və siyasətçinin səhhəti ilə bağlı qiymətləndirmə aparıb.

Gürcüstanın eks-prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub. Ehtimal ki, onun sümük iliyində problemlər yaranıb.

Mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər. Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ildə Gürcüstana qayıdıb. Ölkənin eks-prezidenti saxlanılaraq həbs edilib.

Saakaşvili özünü siyasi məhbus adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: MixailSaakaşvili  





Xəbər lenti