İranda qaçaqmalçılarla atışma: 4 ton narkotik aşkarlandı

İranda qaçaqmalçılarla atışma:   4 ton narkotik aşkarlandı
  10 Avqust 2023    Oxunub:1061
İranın Sistan və Bəlucistan əyalətinin sərhədçiləri böyük qaçaqmalçı bandanı zərərsizləşdirib. Onlar 4 tondan çox narkotik vasitə aşkarlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Nəşr sərhəd qoşunlarının komandanı, general Rza Şocaiyə istinad edib.

“Qaçaqmalçılarla bir saatlıq döyüşdən sonra sərhədçilər 7 avtomobil, 4,1 ton narkotik, o cümlədən 3,3 ton tiryək, 800 kiloqram həşiş, 3 “Kalaşnikov” avtomatı və bir “Kolt”, müəyyən miqdarda döyüş sursatı, həmçinin 7 ədəd telsiz rabitə vasitəsi götürüblər”, - Şocai bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti