Kiprdə pişiklər ölür: Adada virus yayılıb

 Kiprdə pişiklər ölür:   Adada virus yayılıb
  10 Avqust 2023    Oxunub:1209
Kiprin Səhiyyə Nazirliyi pişik koronavirusunun yaratdığı FIP yoluxucu peritonitdən heyvanların kütləvi ölümünü dayandırmaq üçün baytarlıq xidmətlərinə dərman paylayıb. Bildirilib ki, həmin dərmanlar COVİD virusunun geniş yayıldığı dönəmlərdə insanların müalicəsində istifadə olunub.
Bu barədə “Guardian” yazır. Nəşr adanın Baytarlıq assosiasiyasına (Pancyprian Veterinary Association, PVA) istinadən qeyd edir ki, xəstəliyin sonuncu epidemiyası yanvar ayında Lefkoşada başlayıb. Bundan sonra bir neçə ay ərzində FCoV-23 koronavirusu bütün adaya yayılıb. Bu virusun COVID-19 ilə əlaqəsi yoxdur və hələlik insanların səhhətinə ciddi təsir göstərmir.

Assosiasiyanın mütəxəssisləri Edinburq Universitetinin alimləri ilə birlikdə adadakı pişiklərdə 2022-ci ilə nisbətən 20 dəfə daha çox FİP diaqnozu qoyulduğunu aşkar ediblər. Alimlər hesab edirlər ki, virusun yoluxuculuğu onun mutasiyasına görə artıb.

Xəstəlikdən 2023-cü ilin yanvar-iyun aylarında 8000 pişik ölüb. Yerli heyvan hüquqları müdafiəçiləri 300 minə yaxın ölüm olduğunu iddia edirlər.

Keçən həftə Kipr hökuməti 8 avqust - Beynəlxalq Pişiklər Günündən başlayaraq "Merck" şirkəti tərəfindən heyvanların müalicəsi üçün hazırlanmış Molnupiravir həblərini bağışlamağa qərar verib.

Kipr hökumətinin baytarlıq xidmətinin direktoru Kristodopulos Pipis bildirib ki, baytarların hər birinin 100 avro dəyərində cəmi 2000 bağlama və ya ümumilikdə 40 min tablet alacağı gözlənilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti