İrəvanda sərnişin avtobusu atəşə tutuldu

   İrəvanda sərnişin avtobusu    atəşə tutuldu
  10 Avqust 2023    Oxunub:897
İrəvanın Abelyan küçəsində bir nəfər avtobusun yan şüşəsinə atəş açıb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a polisin mətbuat xidmətindən məlumat verilib.

"Hadisə saat 13:15 radələrində baş verib. Zəng edən şəxs onun idarə etdiyi avtobus istiqamətində atəş açıldığını deyib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır", - polisdən bildirilib.

Xatırladaq ki, bundan əvvəl MediaHub naməlum şəxsin 18 saylı marşrut xəttində istifadə olunan avtobusa atəş açılması və ya atışma olması barədə məlumat yaymışdı. Atışma nəticəsində avtobusun şüşəsi qırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Avtobus  





Xəbər lenti