Kamala Harris hamını aldadıbmış: KİV yalanlarından yazdı
“Elə sorğular var ki, orada mənim böyük bəyənmə reytinqlərim göstərilir. Hesab edirəm ki, diqqəti bizim administrasiyanın nailiyyətlərindən yayındırmaq üçün səy göstərirlər”, - Harris ABC News-a müsahibəsində onun reytinqinin Amerika vitse-prezidentləri arasında ən pis olması ilə bağlı yazılmış araşdırmanın ortaya çıxmasını şərh edərkən deyib.
PolitiFact qeyd edir ki, siyasətçinin bu bəyanat yalandır, çünki jurnalistlərlə ünsiyyəti zamanı onun ümumi bəyənilmə reytinqi 12,6% civarında olub. Portal əlavə edir ki, Harrisin müsbət dəstək dərəcələri sonuncu dəfə 2021-ci ilin oktyabrında 100-dən çox araşdırmada müşahidə olunub.
“Onun FiveThirty Eight üzrə orta reytinqi (Amerikalı siyasətçilərin bəyənilmə reytinqini göstərən portal) 9% ilə 12% arasında dəyişir və son 18 ayda artmayıb. Harrisin sözlərini yalan kimi qiymətləndiririk ", - deyə məlumatda bildirilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: KamalaHarris