İrəvanda naməlum şəxs avtobusa atəş açdı

   İrəvanda naməlum şəxs avtobusa atəş açdı
  10 Avqust 2023    Oxunub:957
İrəvanın Abelyan küçəsində bir nəfər avtobusun yan şüşəsinə atəş açıb. Bu məlumatı Sputnik Ermənistanın müxbirinə polisin mətbuat xidmətindən təsdiqləyiblər.
"Hadisə saat 13:15 radələrində baş verib. Sürücü polisə zəng edərək idarə etdiyi avtobus istiqamətində atəş açıldığını bildirib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır", - polis idarəsi məlumat yayıb.

Bundan əvvəl MediaHub məlumat vermişdi ki, naməlum şəxs 18 saylı marşrut xəttinə xidmət edən avtobusa atəş açıb. Atışma nəticəsində avtobusun şüşəsi zədələnib. Polis və müstəntiqlər hadisə yerindədir.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: İrəvan   atəş  





Xəbər lenti