İran XİN: "Nə Rusiya, nə də Ukraynanı dəstəkləyirik"
"CAR xarici işlər naziri ilə danışıqlar zamanı biz Ukraynadakı münaqişə ilə bağlı mövqeyimizi bildirdik. Heç bir tərəfi dəstəkləmədik və dəstəkləmirik. Biz bunu etmirik. Tərəflər siyasi həll yolu tapmağa çalışmalıdır”, - Farsagentliyi iranlı nazirin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Qərb ölkələri İranı Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edirlər. Moskva və Tehran isə dəfələrlə bu cür ittihamları rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian qeyd edib ki, ölkəsi Rusiyanı PUA-larla təmin edib. Lakin bu, Ukraynada müharibənin başlamasına bir neçə ay qalmış baş verib.
Tural Tağıyev
AzVision.az