Nigeriya prezidenti üsyançılarla işləməyə hazırdır
Qeyd edək ki, bu gün Abuja Nigerdəki vəziyyətlə bağlı Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin fövqəladə sammitinə ev sahibliyi edir.
İyulun sonunda Niger ordusu milli televiziya ilə prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırdığını elan edib.
Əksər Qərb ölkələrinin liderləri və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin regional təşkilatı çevrilişi pisləyib. Avqustun əvvəlində birliyin üzvləri Nigerə hərbi müdaxilə planını qəbul ediblər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: