"Koronavirusun yeni variantı sürətlə yayılır" - ÜST

   "Koronavirusun yeni variantı sürətlə yayılır" -    ÜST
  10 Avqust 2023    Oxunub:999
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının Omikron ştammının EG.5 "Eris" adlı yeni variantının dünyada sürətlə yayıldığını elan edib.
Lakin ÜST hesab edir ki, koronavirusun yeni versiyası “qlobal səviyyədə” əhali üçün böyük risk yaratmır.

"EG.5" variantı fevralın 17-də qeydə alınıb. O vaxtdan bəri, dünya miqyasında bildirilən halların nisbətində davamlı artım var", deyə təşkilatın press-relizində izah olunur.

Təşkilatın məlumatına görə, dünyada koronavirus infeksiyasının bu variantının aktiv şəkildə yayılmasına baxmayaraq, EG.5-in “qlobal səviyyədə” əhali üçün yaratdığı risk aşağı səviyyədə qiymətləndirilir.

Artıq qonşu Rusiyada COVID-19-un bu variantına 17 yoluxma halı müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti