"Ukrayna ilə müharibədə Rusiyanı dəstəkləmirik" - İran XİN
Kiyev və onun Qərb müttəfiqləri aylardır İranı Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün pilotsuz təyyarələr verməkdə ittiham edirlər.
Əmir Abdullahyan Ukraynaya qarşı istifadə edilmək üçün Rusiyaya pilotsuz təyyarələr verilməsi iddiasını da yalanlayıb. O qeyd edib ki, Ukrayna tərəfi iddialarını dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.
"Mən ukraynalı həmkarımla bu məsələni bir neçə dəfə müzakirə etmişəm və İran hətta iki ölkənin hərbi nümayəndə heyətlərinin görüşməsinə razılıq vermişdi", İranın xarici işlər naziri səfərdə olduğu Pretoriyada cənubi afrikalı həmkarı Naledi Pandorla birgə mətbuat konfransı zamanı deyib.
Abdollahyanın sözlərinə görə, İran və Ukraynanın hərbi nümayəndələri yeddi ay əvvəl Omanda görüşüblər, "akin Ukrayna tərəfi ciddi sübut təqdim etməyib.
O əlavə edib ki, Rusiya rəsmiləri ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində Moskvaya verilən hərbi texnikadan Ukraynaya qarşı heç vaxt istifadə etməyəcəklərinə söz veriblər.
AzVision.az
Teqlər: