İranda həbsdə olan dörd amerikalı ev dustaqlığına buraxılıb

 İranda həbsdə olan dörd amerikalı ev dustaqlığına buraxılıb
  10 Avqust 2023    Oxunub:1074
İranda həbsdə olan dörd amerikalı Evin həbsxanasından azad edilib və hazırda ev dustaqlığındadır.
AzVision.az xəbər verir ki, bu barədə məhbuslardan birinin vəkili CNN-ə məlumat verib.

Qeyd edilib ki, İranda haqsız yerə həbs edilən dörd amerikalı - Siamək Namazi, Emad Şərqi, Murad Təhbaz və adı açıqlanmayan amerikalı Evin həbsxanasından azad edilib və hazırda ev dustaqlığındadırlar.

Bildirilib ki, bu onların tezliklə həbsdən azad ola biləcəyinə işarədir.

Onların İran rəsmiləri tərəfindən mühafizə altında bir hoteldə saxlanılacaqları gözlənilir.

Vəkilin sözlərinə görə, bu addım mühüm inkişafdır. Lakin onlar İrandan çıxana qədər həddindən artıq optimist olmamaq lazımdır.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti