Sürücülərin diqqətinə - Qiymət 1 manat oldu

Sürücülərin diqqətinə - Qiymət 1 manat oldu
  05 İyun 2014    Oxunub:747
Dənizkənarı Milli Park ərazisinin yanında fəaliyyət göstərən yerüstü dayanacağın qiyməti artıb.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, yerüstü dayanacaqdan xidmət haqqı 50 qəpikdən 1 manata qalxıb.

Yerüstü dayanacağın tabe olduğu “DALGA PLAZA” biznes mərkəzdən verilən məlumata görə, parkinqdə maşınların saxlanma müddəti haqqı limitsiz olduğu üçün qalxıb. Bu barədə plazadan bildiriblər:

“Dayanacaqdan istər bir saat, istərsə də 3 gün istifadə etsəz də fərq etməz, buna görə 1 manat ödəməli olacaqsınız”.

Qeyd edək ki, yay mövsümü yaxınlaşdığı üçün paytaxt sakinləri Milli Park ərazisinə istirahətə daha çox üstünlük verirlər və avtomobillər “DALGA PLAZA” biznes mərkəzin ərazisində yerləşən dayanacaqlarda park edilir


Teqlər:





Xəbər lenti