Macarıstanın Ukrayna ilə bağlı mövqeyi dəyişməzdir

Macarıstanın Ukrayna ilə bağlı mövqeyi dəyişməzdir
  11 Avqust 2023    Oxunub:1050
Macarıstan artan təzyiqlərə baxmayaraq, Ukraynanı silahla təmin etməyəcək və bu məsələdə mövqeyini dəyişməyəcək.
Bu barədə “İzvestiya” ölkə hökumətindəki mənbəyə istinadən yazır. Macarıstan Nazirlər Kabineti bildirib ki, Budapeşt danışıqların tez başlamasının tərəfdarıdır. Siyasətçilər həmçinin qeyd ediblər ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatının ilk günlərindən Macarıstanın mövqeyi dəyişməz qalıb.

“Macarıstan nə sözdə, nə də əməldə münaqişədə iştirak etmək istəmir. Biz silah tədarük etmək əvəzinə, dərhal atəşkəsə çağırırıq”, - adı açıqlanmayan hökumət rəsmisi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti