"Kurskda 2 PUA vurmuşuq" - Qubernator

"Kurskda 2 PUA vurmuşuq"    - Qubernator
  11 Avqust 2023    Oxunub:1156
Ukraynanın iki pilotsuz təyyarəsi Kurska yaxınlaşarkən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit özünün Teleqram kanalında məlumat verib.

"Dünən saat 23:00 radələrində hava hücumundan müdafiə qüvvələri Kurska gedən iki Ukrayna PUA-sını vurub. Müdafiə və peşəkarlıqlarına görə əsgərlərimizə təşəkkür edirik!", - Starovoit yazıb.

Qeyd edək ki, bundan əvvəl Roman Starovoit Kursk vilayətinin Rılski rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirmişdi. Ümumiyyətlə isə son vaxtlar paytaxt Moskvadan tutmuş bir sıra Rusiya şəhərlərinə olan PUA hücumlarının sayı artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA  





Xəbər lenti